Lukaşenkonun legitimlik problemi: Bu ölkə də “tanımayanlar” sırasına qoşuldu – VİDEO

Növbəti dəfə Belarus prezidenti seçilən Aleksandr Lukaşenkonun legitimliyini tanımayan ölkələrin sayı artır.

Yenicag.az xəbər verir ki, Avropa İttifaqına daxil olan bir sıra ölkələrdən sonra Kanada da Lukaşenkonun legitimliyini tanımadığını bəyan edib.

Bu barədə qərarı Kanadanın xarici işlər naziri Fransua-Filipp Şampan açıqlayıb. Şampan Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya ilə telefon əlaqəsi saxladığını da açıqlayıb.

Qeyd edək ki, Slovakiyadan sonra ABŞ, Ukrayna, Almaniya və daha bir neçə ölkə Lukaşenkonun legitimliyini tanımadığını bəyan ediblər.