Lukaşenkonun yuxusu ərşə çəkildi – ŞOK SƏBƏB

Belarus Prezidenti Aleksandr Lukaşenko gecələr yata bilmədiyini etiraf edib.

Yenicag.az xarici mətbuata xəbər verir ki, o, bu halının abituriyentlərin sınaq imtahanı ilə bağlı olduğunu bildirib.

“Ölkədə ali məktəblərə qəbul imtahanlarının təşkili ilə bağlı yanaşmalar müəyyən edilməlidir. Bu məsələ hər zaman məni narahat edir. Açığı, gənclərimiz üçün qəbul imtahanlarının bu cür təşkilinə çox tənqidi yanaşıram”, – deyə ölkə prezidenti qeyd edib.