Lukaşenkoya görə ölkəni tərk edirlər – Mühacir STATİSTİKASI

Aleksandr Lukaşenkonun ötən il prezident seçilməsindən sonra Belarusdan Polşaya qaçanların sayı açıqlanıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Aleksandr Lukaşenkonun 2020-ci ilin avqustunda prezident elan edilməsinə etirazlara görə təzyiqlərlə üzləşən 23 min nəfər Belarusdan Polşaya qaçıb.

Qeyd olunur ki, bu barədə məlumatı Polşanın Sərhəd Xidməti açıqlayıb.

Bildirilir ki, həmin şəxslərdən 3 min 400-ü beynəlxalq müdafiə üçün müraciət edib. 12 min nəfər isə Polşaya humanitar viza ilə keçib. Daha 7 min 600 nəfər Belarusdan çıxmaq üçün İT mütəxəssislərinə şamil olunan “Poland. Business. Harbour” proqramından yararlanıb.

Polşanın Sərhəd Xidmətinin açıqlamasında həmin belaruslar öz ölkələrində repressiyalara məruz qalan şəxslər kimi xarakterizə olunublar.