Lukaşenkoya zərbə ardınca ZƏRBƏ: ABŞ “dollar həmləsi”nə başladı

ABŞ-ın Belarusa qarşı tətbiq etdiyi yeni sanksiyalar dövlət borclarına görə bu ölkənin dollara “çıxış”dan məhrum edəcək. 

Yenicag.az RBK-ya istinadən xəbər verir ki, ABŞ tətbiq etdiyi yeni sanksiyalar Belarusun daxili bazara dollar cəlb etmək imkanlarını maksimum məhdudlaşdıracaq.

Məlumata görə, bu məhdudiyyət ABŞ-nin müxbir banklarının həmin əməliyyatları həyata keçirməkdən imtina etmələri sayəsində təmin olunacaq.

Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin Belarusa qarşı bu sanksiyası sayca 5-cidir. Sanksiyalar nəticə etibarilə, Belarusun dollarsız qalmasına hədəflənib.