Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“LUKoil” Hyustondakı ofisini bağlayır - QƏRAR

Rusiyanın “LUKoil” neft şirkəti ABŞ-da fəaliyyət göstərən, xaricdəki dəniz kəşfiyyat və hasilat işlərini həyata keçirən “Lukoil İnternational Upstream West Inc.” adlı bölməsini bağlamaq qərarına gəlib.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

O deyib ki, əməkdaşların bir qismi Meksikadakı ofisə, bir qismi də “Lukoil Engeneering”ə keçiriləcək. Şirkət rəhbəri adıçəkilən qurumun əsasən şist nefti hasilatı ilə bağlı layihələr üçün yaradıldığını, lakin bunun baş tutmadığını söyləyib.

“LUKoil” şirkətindən bildiriblər ki, “Lukoil International Upstream West Inc.”bölməsinin yenidən qurulması “LUKoil” qrupuna aid müəssisələrin daha səmərəli fəaliyyət göstərməsini təmin etməyə yönəlib: “Mayın 1-dək Hyustondakı ofisdə 7 əməkdaş qalacaq və onlar ilin sonunadək işləyəcəklər”.

Qeyd edək ki, ABŞ-ın neft məhsulları bazarında 2000-ci ildən fəaliyyət göstərən “LUKoil” şirkəti şərq sahillərdəki 11 ştatda və Kolambiya dairəsində (Vaşinqton) yerləşən satış məntəqələrinə malikdir. Bununla yanaşı, Nyu-York ştatında da fərdi və ticari istehlakçıları soba yanacağı və təbii qazla təmin edən şirkət ölkə boyu neft və neft məhsullarının satışını həyata keçirir./Report/

www.yenicag.az

2811
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM