!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lukoil” “Litasco”dan qurtula bilmir - Məhkəməlik olduğuna görə

!Reklam – Yazi

Rusiyanın “Lukoil” şirkəti törəmə müəssisəsi olan “Litasco”nun satışı barədə yenidən yekun qərar qəbul edə bilməyib.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov jurnalistlərə məlumat verib.

“Şirkət üçün bu aktiv strateji deyil. Nə aktivlərin səhmləşməsi, nə də gələcək taleyi barədə qərar qəbul edilməyib. Böyük ehtimalla, bu il bu məsələ üzrə qərar qəbul etməyəcəyik”, -deyə şirkət prezidenti qeyd edib.

Qeyd edək ki, “Lukoil” bu törəmə şirkətinin satışı barədə ötən ildən məlumat versə də, zaman-zaman bu qərar təxirə salınıb. Son olaraq bu ilin fevral ayında Ələkbərov “Lukoil”in Direktorlar Şurasının “Litasco”nun satışını 2018-ci ilin üçüncü rübündə nəzərdən keçirəcəyini bildirmişdi.

Lakin iyun ayında Vahid Ələkbərov “Lukoil”in “Litasco”nun profilini genişləndirməyi planlaşdırdığı barədə məlumat verdi. Bu zaman “Litasco”da qaz ticarəti üzrə departament yaradılması nəzərdə tutulurdu.

Qeyd etmək lazımdır ki, “Litasco”nun satışı üzrə sövdələşmə “Palmali”nin 2 milyad dollarlıq məhkəmə işilə bağlı ola bilər.

Belə ki, ötən il “Palmali” şirkətlər qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimov “Lukoil”in İsveçrədə yerləşən törəməsi “Litasco”nu məhkəməyə verib. Mənsimov “Palmali” və “Litasco”nun 2005-ci il yanvarın 18-də “10+5” illik razılaşma çərçivəsində şirkətdən toplam 400 milyon dollarlıq gəmi satın aldığını, lakin şirkətin razılaşma şərtlərini pozduğunu bildirib. İş adamı bu səbəbdən “Palmali”nin 4 milyard dollar zərər etdiyini vurğulayıb.

İngiltərədə yerləşən Ali Mülki Məhkəmədə məsələ ilə bağlı cinayət işi açılıb.

www.yenicag.az

1356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv