“Belarusda hazırda ölüm hökmünü ləğv etmək olmaz”, bu barədə jurnalistlərlə görüşündə ölkənin prezidenti Aleksandr Lukaşenko bildirib.
Bu barədə Yeniçağ.Az “Oxu.Az”-a istinadən xəbər verir.
“Ölüm hökmünü ləğv etmək ixtiyarım yoxdu, axı bizdə referendum keçirilib”, – o, deyib.
Lukaşenko qeyd edib ki, əgər insanlar ölüm hökmünün əleyhinə səs verdiyi halda bu cəzanı ləğv edə bilər.
“Gəlin Amerikadan başlayaq, siz onları ölüm hökmünü ləğv etməyə məcbur edin”, – təklif edən Lukaşenko, bu məsələdə Aİ-nin ikili standartlarının olduğunu vurğulayıb.
Yeniçağ.Az