Lüks avtomobil küçənin ortasında yandı

Bakıda avtomobildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonunda “Land Rover” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqda dayanan digər avtomobillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.