Lukyanov: “Ərdoğanın səbr kasası dolmaq üzrədir”

Rusiya Xarici siyasət və müdafiə siyasəti şurasının sədri Fyodor Lukyanov rus mediasına açıqlama verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Türkiyənin sərhədlərindəki təhditləri aradan qaldırmaq üçün əlindən gələni edəcəyini söyləyib:

“Sərhəd boyunca baş verənlər Ankara tərəfindən mövcudluğa təhdit kimi qəbul olunur. Türkiyəyə son səfərimdə gördüm ki, Ərdoğanın partiyasından tutmuş bütün dövlət orqanlarında bu məsələ ciddi müzakirə olunur. ABŞ Suriyanın şimalında ordu yaradacağını söyləyərək həddi aşdı. İnanmıram ki, Türkiyə müttəfiqlərini vursun. Amma Ərdoğanın səbr kasası dolmaq üzrədir…”

Lukyanov qeyd edib ki, yarandığı gündən indiyə kimi ilk dəfə Türkiyə ilə NATO münasibətləri bu qədər gərginləşib:

“NATO tarixində bu cür hadisə ilk dəfədir baş verir. Türkiyə hazırda elə davranır ki, elə bil NATO heç mövcud deyil. Daha da maraqlısı odur ki, Ərdoğan NATO Şurasını təcili toplanmağa çağırmaq əvəzinə başqa diplomatik üsullara əl atır və hətta birbaşa ABŞ-ı təsir altına salmağa çalışır”.

COP29