Luna hansı müğənniyə SÖZ ATDI: “Atana hörmət etsəydin, kişilərin qabağında…”

“Bədbəxtlik bundadır ki, insanlar həmin müğənniləri söyürlər, tənqid edirlər, sonra da pul töküb toylarına aparırlar”.

Bu sözləri özlərini “mələk” kimi göstərən müğənnilərdən danışan müğənni Luna Yenicag.az-a açıqlamasında deyib.

O, qalmaqallı açıqlaması ilə şou gündəmini bir-birinə vurub:

“Trenddə birinciyəm deyib, bağırmaqla deyil e… Mən trend-mrend saymıram. Özüm də bayağı mahnılar oxuyub gündəmə gəlmirəm. İllərdir ki musiqi təhsili alıram, vokal bacarıqlarımı inkişaf etdirirəm.

Onlar isə bədənləri, təlxəkliyi ilə ortalığa çıxan müğənniciklərdir. Onların tanınmağında da əsas günah bəzi savadsız televiziya və radio aparıcılarındadır, səsi, sənəti olmayan o müğənnicikləri bəh-bəhlə tərifləyib dağ başına çıxarırlar. İki sözü dalbadal qoşub danışa bilməyənləri reklam edib ortalığa çıxarmaqla məşğuldurlar.

Bədbəxtlik bundadır ki, insanlar həmin müğənniləri söyürlər, tənqid edirlər, sonra da pul töküb toylarına aparırlar. Həmin müğənnilər də efirlərdə özlərini mələk kimi göstərirlər, sanki abır-həya simvollarıdır. Biz yaxşı bilirik, hansı kişilərin pulları ilə müğənniliyə başlamısınız. Çıxıb efirlərdə yalandan deməklə deyil e, mən belə abırlıyam, atam, qardaşım geyimimə diqqət edir və sair.

Atasına hörmət edən xanım konsertdə o qədər camaatın qabağına bədəninin bütün əzalarını göstərən dar lasinlə çıxmaz. Yazıq o ata… Mən yaxşı bilirəm, konsertdə hansı geyimi geyinmək olar. Bizə ata irad tutmur, özümüz özümüzə dəyər verib, ətrafı, bizə baxan tamaşaçıları nəzərə alırıq, onlara hörmət qoyuruq”.

Cəvahir

COP29