Luqanskda azərbaycanlı iş adamı qaçırılıb

Luqansk vilayətində 1982-ci il təvəllüdlü, əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukrayna vətəndaşı, iş adamı Əbilov Tofiq Ağamirzə oğlu naməlum şəxslər tərəfindən qaçırılıb.

Yenicag.az-ın Avropa bürosunun məlumatına görə, Alçevsk şəhəri ətrafında yaşadığı yerə yaxın ərazidən qaçırılan azərbaycanlı iş adamı buna qədər də bir neçə dəfə təhdid olunduğu bildirilir.

Bildirilir ki, o, iyulun 3-ü axşam saatlarında maşının qarşısını kəsən naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb. Artıq 1 həftəyə yaxındır azərbaycanlı iş adamından heç bir xəbər yoxdur.

Qeyd edək ki, iş adamının oğurlandığı ərazi separatçıların nəzarətindədir.

COP29