Lütfi Zadəni “fındıqbaş”, “balqabaqbaş” adlandıran mətbuat katibi vəzifədən çıxarıldı – SƏRƏNCAM

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilıməsi barədə sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Modern.az-a Akif Əliyə yaxın mənbə məlumat verib.

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Xatırladaq ki, Akif Əli 1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O, 2-ci dərəcə Dövlət müşaviridir.

Qeyd edək ki, ABŞ-da vəfat edən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatıyla əlaqədar olaraq jurnalistin zənginə cavab verən Akif Əli mərhum alimi “fındıqbaş”, “balqabaqbaş” adlandırmışdı. Nazirlər Kabinetinin sözçüsünün qeyri-etik ifadəsi ölkə mətbuatında kütləvi tirajlanandan sonra xidmət rəhbəri ifadəsinə görə, özünün feysbuk səhifəsində ölkə ictimaiyyətindən üzr istəmişdi.

COP29