Ukraynanın Lvov şəhərində bir neçə partlayış səsi eşidilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Andrey Sadovıy açıqlayıb.
O şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb.
Şahidlər şəhərin bölgələrindən birində qatı tüstü gördüklərini bildiriblər. Hazırda şəhərdə hava hücumu təhlükəsi elan olunub.