M.Rahim adına 7 nömrəli tam orta məktəbdə inteqrativ açıq dərs keçirildi – VİDEO

Bu gün M.Rahim adına 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şəhla Yolçuyevanın təşkilatçılığı ilə inteqrativ açıq dərs keçirilib.

Yenicag.az xəbər verir ki, mövzu üzrə Şəhla Yolçuyeva texnologiya, tarix, coğrafiya, informatika, biologiya fənlərinə inteqrasiya edərək şagirdlərdə və dərsdə iştirak edən qonaqların böyük maraq oyadıb.

Dərsin gedişində məktəbin tarix müəllimi Yeganə Misirzadə Misir piramidalarından məlumat verərək tarix dərsinə inteqrasiya edib. Dərs zamanı mum və çöplərdən istifadə edərək həm qonaqlar, həm də şagirdlər müxtəlif fəza fiqurlarını hazırlayıb əyani vəsait təqdim ediblər.

Qeyd edək ki, dərs əsnasında gözlənilmədən ingilis dili müəllimi piramidalar haqqında ingilis dilində məlumat paylaşıb və şagird həmin nitqi Azərbaycan dilinə tərcümə edib. Həmçinin 3D VR eynəklərdən istifadə olunaraq fəza fiqurlarının xüsusiyyətlərini daha dərindən mənimsənilməsi üçün Misir piramidalarına virtual səyahət edilib. Bununla şagirdlər piramidalarda hansı fiqurlardan istifadə olunduğunu daha real görüblər.

Təşkil edilən açıq dərsdə 144 nömrəli məktəbin direktoru İlahə Həmidova, “Biliyini paylaş” layihəsi üzrə komandanın üzvü Nərgiz Hacızadə, layihə üzrə komandanın mentoru Yolçuyeva Lütviyyə, 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, məktəbin müəllimləri də iştirak edib, dərs haqqında düşüncələrini bölüşüblər.

Sonda isə dərsin müzakirəsi təşkil edilib.