M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə yeni baş həkim təyin olundu – FOTO

Həkim Elgün Səmədov M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi təyin olunub.

Yenicag.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Yeni baş həkim artıq səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, E.Səmədov 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. Bundan əvvəl müxtəlif dövlət və özəl tibb müəssisələrində işləyib.