Maaş ala bilməyən bir qrup aktyorun etirazına Mədəniyyət Nazirliyindən CAVAB

“Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədəMədəniyyət Nazirliyindən  Yenicag.az-a bildirilib.

Nazirlikdən verilən məlumata görə, oktyabr üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə olub, 3 noyabr tarixində maaşların ödənildiyi qeyd olunub:

“Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt Dövlət Dram Teatrının aktyor heyəti mədəniyyət naziri Anar Kərimova videomüraciət edib. Müraciətdə heyətinin maaşının gecikməsi və ümumiyyətlə az olması barədə şikayət yer alıb.

Cəvahir