!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Maaş artımı 355 min nəfərə şamil olunacaq" - Nazir

!Reklam – Yazi

Təhsil, səhiyyə, sosial təminat, elm və elmi tədqiqat müəssisələrində çalışan, əməkhaqları dövlət büdcəsindən maliyyələşən bütün vətəndaşlarımızın maaşları martın 1-dən 10 faiz artırılıb. Maaş artımı bu 4 kateqoriya üzrə, ümumilikdə, təqribən 355 min nəfərə şamil olunacaq. Bu şəxslərdən təxminən 200 min nəfəri təhsil, 140 min nəfəri səhiyyə, 13 min nəfəri elmi- elmi tədqiqat, 2 min nəfəri isə sosial təminat müəssisələrində çalışanlardır.

Yenicag.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən şəhərində vətəndaş qəbulu zamanı jurnalistlərə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, maaşı artırılan işçilərin əməkhaqlarının qarşıdakı 10 ay ərzində artımları üçün dövlət büdcəsindən əlavə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

“Göründüyü kimi, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar davam edir. Bütün bu işlər əhalinin real gəlirlərinin artırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə hesablanıb,” – deyə Səlim Müslümov açıqlamasında bildirib. (Azərtac)

www.yenicag.az

2607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv