!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maaş artımı və növbədənkənar parlament seçkiləri: YAP-dan daha bir TƏKZİB

!Reklam – Yazi

“Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşının yaxşı yaşaması onun siyasətinin əsas prioritetidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin ölkədə minimum əmək haqqının 250 manata qaldırılması və bir sıra sahələrdə işləyən vətəndaşların maaşlarının artırılmasına dair ötən gün imzaladığı sərəncamın növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı olması haqda iddialara münasibət bildirən Milli Məclisin hakim Yeni Azərbaycan Paertiyasından (YAP) olan deputatı Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin sözlərinə görə, dövlət başçısının iyunun 18-də imzaladığı məlum sərəncamın arxasında hər hansı siyasi məqsəd dayanmır: “Cənab prezidentin dünən imzaladığı on yeddi sərəncamın yalnız bir məqsədi vardı. Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, onun sosial problemlərinin həll edilməsi, insanlarımızın dövlətə inam və güvəninin artırılması. Bunun başqa bir məqsədi qətiyyən yoxdur. Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşının yaxşı yaşaması onun siyasətinin əsas prioritetidir. Prezident bir neçə dəfə bəyan edib ki, il ərzində əmək haqlarının müvafiq hədləri dəfələrlə qaldırılacaq. Son beş ay ərzində minimum əmək haqqı artıq ikinci dəfədir ki, artırılır. Bununla, Azərbaycan minimum əmək haqqının səviyyəsinə görə MDB məkanında Rusiya və Ukraynadan sonra üçüncü pilləyə yüksəlib. Rusiya ilə bizim minimum əmək haqqı arasında fərq cəmi 14 dollardır. Konkret desək, minimum əmək haqqı Rusiyada 161, Ukraynada 151, Azərbaycanda isə 147 dollardır. Bir daha deyirəm ki, cənab prezidentin bu sərəncamlarının tək məqsədi Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsidir. Burada başqa məqsədlər axtarmaq yersizdir”.

A.Zeynalov

www.yenicag.az

1766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv