!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maaşlar artacaq

!Reklam – Yazi

83473Hər il olduğu kimi növbəti ildə də maaşların artacağı gözlənilir.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov  açıqlamasında bildirib ki, Milli Məclis noyabr ayının 18-19-da dövlət büdcəsinə baxacaq.

Onun sözlərinə görə, bəzi sahələrdə, xüsusilə həkimlərin, müəllimlərin, eləcə də bir çox dövlət qulluqçularının maaşları artacaq:

“2015-ci ildə əməkhaqlarında artım olacaq, amma hansı qərarların qəbul olunacağını deyə bilmərəm. Çünki Dövlət Büdcəsinin 27%-i sosial layihələrə ayrılıb. O cümlədən əməkhaqqı da ora daxildir. Hər il dövlət başcısı əsas vəsaiti sosial layihələrə, əhalinin sosial rifahını yaxşılaşdırmağa, pensiya və əməkhaqqına yönəldir. Hər kəs bilir ki, bu gün hərbiyə böyük diqqət var. Ölkə başçısı tərəfindən orduya böyük vəsait ayrılır ki, ordumuz güclənsin. Demək olar ki, hər il hərbçilərin maaşında artım olur. Yəqin ki, 2015-ci ildə də müəyyən proses gedəcək”. (aznews.az)

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv