Macar nazir: “Avropa Macarıstanın sərhəd hüquqlarını əlindən almağa çalışır”

Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, Macarıstan və İtaliya hökumətlərini tənqid edən Fransanın Avropa məsələləri üzrə naziri Natali Lisauya cavab verib.

Yenicag.az xəbər verir ki, nazir Macar Xəbər Agentliyinə (MTI) verdiyi açıqlamada Lisaunun Twitter hesabından Macarıstan əleyhinə yazdığı fikirləri qınayıb: “Fransa Macarıstan və İtaliyadan fərqli olaraq, Avropa ilə əlaqədar müzakirələr təşkil edib. Güman ki, populistlər ictimaiyyətə söz haqqı verməkdən qorxur”.

Macarıstan hökumətinin qeyri-qanuni miqrasiyaya qarşı çıxdığını və bu mövzuda Avropada yalnız Macarıstanda xalq səsverməsi keçirildiyini bildirən Siyarto Qərbi Avropa siyasətçilərinin Macarıstanın immiqrasiya siyasətinə, dolayısıyla onun daxili işlərinə müdaxilə etdiyini söyləyib.

Siyarto “Paris, Brüssel və Strazburqdakı siyasətçilər köçkünlərin gəlişinə icazə vermək üçün Macarıstanın sərhəd hüquqlarını əlindən almağa çalışır. Amma Macar hökuməti Avropalıların arzu etdiyi qanunsuz miqrasiyaya yox deməyə davam edəcək” deyə, fikrini yekunlaşdırıb.

COP29