Macarıstan 3-cü uşaq üçün ailələrə 30.000 avro mükafat vəd edir

Macarıstan üç uşaq dünyaya gətirəcək ailələrə 30.000 avro təklif edir.

Yenicag.az xəbər verir ki, hökumət evli cütlüklərə üç övlad qarşılığında verdiyi bu məbləği geri tələb etməyəcək.

Qərar iyulun əvvəlində qəbul edilmiş yeni qaydaya uyğun nizamlanacaq.

Bundan əlavə, məbləğin xərclənməsində dövlət cütlüyə qarışmayacaq. Onlar istədikləri əşyanı almaqda və ya başqa fəaliyyətlər üçün puldan istifadə edə biləcək.

Qeyd edək ki, Macarıstan da bir çox Avropa Birliyinə üzv ölkələr kimi, işçi çatışmazlığından əziyyət çəkir. Real və potensial işçi qüvvəsi isə daha yüksək maaşlı işlər üçün ölkəni tərk edir.

“Eurostat”a görə, AB-də orta doğuş nisbəti 1,59 olduğu halda, Macarıstanda bu nisbət hər qadına 1,49 kimi azalır.

Cütlüyün bu qərardan istifadə etməsi üçün isə bu şərtləri ödəmələri lazımdır:

COP29