Macarıstan Aİ-nin Ukraynaya maliyyə yardımı təklifini veto etdi

Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya maliyyə yardımı təklifini veto edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-yə üzv ölkələrin maliyyə nazirlərinin toplantısından sonra çexiyalı nazir mətbuata açıqlamasında deyib.

O bildirib ki, Macarıstan Aİ ölkələrinin gələn il üçün Ukraynaya 18 milyard avro dəyərindəki yardım paketini veto edib.

Nazir indi başqa layihə üzərində çalışdıqlarını qeyd edib.