!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Macarıstan Azərbaycandan yaşıl elektrik enerjisi alacaq

!Reklam – Yazi

Macarıstan Azərbaycandan yaşıl elektrik enerjisi alacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Macarıstan XİN başçısı Peter Siyarto bildirib.

“Azərbaycan böyük miqdarda yaşıl elektrik enerjisi istehsal edəcək və o, Gürcüstana, oradan isə Rumıniyaya sualtı boru kəməri ilə çatdırılacaq. Və biz razılığa gəldik ki, Macarıstan bu genişmiqyaslı plana qoşulacaq, çünki layihənin Aİ tərəfindən dəstəklənməsi üçün azı iki üzv ölkənin iştirakı zəruridir. Beləliklə, Macarıstana yaşıl elektrik enerjisi nəql etmək mümkün olacaq ki, biz onu qismən istifadə edə, qismən də tranzit marşrutu kimi çıxış edə bilərik”, – Siyarto izah edib.

Macarıstan XİN başçısının sözlərinə görə, bu layihədə iştirak Budapeştə karbon neytrallığına görə qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan verəcək. O, həmçinin əlavə edib ki, yaxın vaxtlarda tərəflər bu məsələ ilə bağlı birgə razılaşmanın variantını araşdırmağa hazırlaşırlar.

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv