Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir:
“Macarıstan beynəlxalq hüququn ümumi prinsipi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Macarıstan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında eskalasiyanın azaldılması və münaqişənin ATƏT Minsk qrupu həmsədrlərinin məşvərətləri çərçivəsində danışıqlar yolu ilə həllinə çağırışları dəstəkləyir”.