Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqlədi

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması barədə sazişi ratifikasiya edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin ali qanunverici orqanının iclasında qərar qəbul olunub.

Parlamentin iclasında iştirak edən deputatların 188-i lehinə, 6-sı əleyhinə səs verib.

Bununla da Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi olub.

COP29