!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Macarıstan sərhədlərində 174 km tikanlı məftil çəkir

!Reklam – Yazi

107723_res_01Münaqişələr və yoxsulluğun əlindən qaçan miqrantlar Macarıstan sərhəddində maneə ilə üzləşib. Onların qarşısını kəsmək üçün Serbiya ilə Macarıstan arasındakı sərhəd xəttinə 174 kilometr uzunluğunda ülgüclü məftillərdən hasar çəkilib.

Bütün bu tədbirlər yaxşı həyat arzusunda olan miqrantların önünü kəsə bilməyib. Onlar bu məftillərin alrtından sürünərək və ya dəmir yolları boyunca gedərək Macarıstan tərəfə keçə biliblər.

25 yaşlı Herat kimi bu miqrantların çoxu Suriyadakı vətəndaş müharibəsindən qaçanlardır: “Biz dünən sərhədi keçməyə çalışdıq.Ancaq cəhdimiz uğursuz oldu. Çünki sərhədə çoxlu polis düzülüb”.

Miqrantlar Avropa Birliyi ölkələrindən sığınacaq istəyirlər. Onlar Aralıq dənizini aşaraq Macarıstana çata biliblər. Yolculuqlarına Türkiyədən başlayıblar. Daha sonra Yunanıstan, Makedoniya, oradan da Serbiyaya gəliblər. Serbiyadan da Macarıstana keçməklə ilk Şengen zonasına ayaq basmış olurlar. Buradansa yollarına pasportsuz davam etmək onlar üçün elə də çətin olmayacaq.

“Mən Almaniyaya getməyi düşünürəm”

Bunu miqrantların çoxu deyir. Sərhəd agentliyi Frontex bildirir ki, ötən ay Avropa Birliyinin sərhədini rekord həddə – 107 min 500 miqrant keçib.

Serbiya və digər Balkan ölkələri avqustun 26-da Vyanada Avropa Birliyi ölkələri ilə keçirilən zirvə toplantısında miqrant axını ilə bağlı təcili tədbirlər görməyə çağırıblar.

Almaniya kansleri Angela Merkel bildirib ki, bu il 800 min miqrant onun ölkəsinə sığınacaq üçün müraciət edib.

Macarıstanın Serbiya ilə sərhədinə yaxın Morahalom regionunda məyusluq var. Onlar miqrant axının qarşısını almaq üçün Macarıstan hökumətinin hündür hasar çəkmə qərarını xoş qarşılamayıblar.

“Mən özümü zooparkdakı kimi hiss edirəm. Heyvan deyiləm, hasarlarla qorunmağıma ehtiyac yoxdur. Özümü azad hiss etmirəm” – deyir miqrantlardan biri.

Macarıstan isə Serbiya ilə sərhədini gücləndirib. Miqrant axının qarşısını almaq üçün sərhəddi havadan helikopterlərlə, qurudansa polis dəstələri ilə müdafiə edir. Ancaq bu tədbirlər Avropaya üz tutan insanların qarşısını kəsə bilmir.

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv