Macarıstan veto qərarından vaz keçdi

Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunda artıma veto qoymayacaq.

Yenicag.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto VRT telekanalına müsahibəsində deyib.

Siyarto vurğulayıb ki, Avropa Komissiyası Aİ ölkələrinə Kiyevə silah tədarükünü kompensasiya etmək üçün bu il Avropa Sülh Fondunun 5 milyard avro artırılmasını təklif edib.

“Bizim üçün silah tədarükü qırmızı xətt olduğundan, bu məsələdə iştirak etməyəcəyik. Ancaq Macarıstan başqalarının bunu etməsinə mane ola bilməz və olmayacaq”, – o deyib.

O, həmçinin bildirib ki, Macarıstan Avropa İttifaqının Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı göndərmək qərarından razıdır. Nazir qeyd edib ki, Ukraynaya göndərilən vəsaitlərin xərclənməsinə nəzarət mexanizminin yaradılması, habelə Macarıstana borclu olan avrofondlardan bloklanmış vəsaitlərin toxunulmazlığının təmin edilməsi Budapeşt üçün vacib idi. Siyarto bu şərtlərin hər ikisinin yerinə yetirildiyinə əmin olub./Report/

COP29