!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Macarıstandakı diaspor sədrimiz Çavuşoğlu ilə nədən danışdı - Fotolar

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 3-də Macarıstanda rəsmi səfərdə olub. Onu Macarıstanın xarici işlər naziri Siyyarto Peter qəbul edib.

M.Çavuşoğlu həmkarı ilə görüşdə Qarabağ məsələsindən də danışıb.

M.Çavuşoğlu Macarıstanda diaspor sədrimiz Ramiz Əmirli ilə görüşüb. Musavat.com-a bu haqda məlumat verən Ramiz Əmirli dedi ki, Türkiyənin xarici işlər naziri M.Çavuşoglu ilə Budapest şəhərində görüşüb: “Sayın Mövlud Çavuşoğlunu Macarıstanln xarici işlər naziri Siyyarto Peter öz ölkəsinə rəsmi səfərə dəvət etmişdi. Budapest şəhərində baş tutan bu görüşün əsas məqsədi 2018-ci il oktyabrın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və sayın Mövlud Çavuşoğlunun Macarıstana səfəri zamanı iki dövlət başçısının görüşündə müzakirə edilən məsələlərin yekunlarını və gələcəkdə görüləcək işləri bir daha nəzərdən kecirmək idi”.

– Ramiz müəllim, ötən il iki dövlət başçısının görüşü zamanı ən cox hansı məsələlər müzakirə və diqqət mərkəzində olmuşdu?

– Son zamanlar Macarıstan və Türkiyə dövlətləri arasinda iqtisadi əlaqələr böyük vüsət alıb. Kənd təsərrüfatı sahəsində macarlar ən cox türklərlə iş birliyindədir. Heyvandarlıq, bitkiçilik, meyvə -tərəfəz, texnologiya və sair sahələrdə Türkiyə iş adamları Macarıstana böyük sərmayə yatırırlar. Eynən macarlar da ən cox damazlıq iri buynuzlu heyvanları Türkiyəyə ixrac edirlər.

– Bəs Macarıstanda Türkiyə lobbisinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Macarlar bizlərlə kökən qohum olan bir xalqdır. Burada türk lobbiçiliyi mənim fikrimcə, qənaətbəxşdir. Yunus Əmrə İnstitutu və kültür mərkəzi, yaxın dostum Məhəmməd İncəoğlunun rəbərlik etiyi Türkiyə İş adamlari Birliyi bunlara bariz nümunədir. Əmrə Yunus İnstitutunda türk dilini macarlara öyrətmək ücün davamlı dərslər keçirilir. Bu İnstituta da yaxin dostum Yakub Gül rəbərlik edir. Sədri olduğum “Qardaşlıq” Macar-Azəri Birgə cəmiyyətinin də bir cox tədbirləri məhz burada keçirilir. Biz qardaş türklərlə lobbimizin möhkəmləməsində bir- birimizə daim yardimçı oluruq. Qarşılıqlı olaraq tədbirlərimizdə iştirak edir və imkanimiz daxilində olan istənilən köməyi bir- birimizdən əsirgəmirik. Yaxın zamanlarda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Macaristana da səfəri gözlənilir. Biz azərbaycanlılar bu səfəri səbrsizliklə gözləyirik. Fuad müəllimin Macarıstana səfəri lobbimizə yeni bir təkan verəcəkdir. İnaniram ki, bu səfər bizləri yeni inkişaf yolları aramaga, birlikdə calışmağı bacarmağa vadar edəcək, bunun sahəsində daha da möhkəmlənəcəyik.

– Bir fəal azərbaycanlı kimi, həmişə türklərin bütün tədbirlərinə dəvət olurnusunuz. 2018-ci il oktyabrın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapestdə səfərdə olarkən onunla da görüşmüşdünüz. Nələr danışdınız və hansı nəticə oldu?

– Mən uzun müddətdir Macarıstanda yaşayıram. Dostlarım və əlaqələrim çoxdur. Bəli, 2018-ci ildə mən sayın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdüm. Elə həmin zaman sayın Çavuşoğlu ilə də qısa görüşüm olmuşdu. Bir necə məsələ barədə fikir mübadiləsi etmişdik. Amma Çavuşoğlu ilə budəfəki görüşümüz daha səmərəli oldu.

– Çavuşoglu ilə mayın 3-də görüşünüz necə və hansı şəraitdə oldu? Onunla nə barədə danlşdınız?

– Sayın Mövlud Çavuşoglu bir nazir kimi ən hörmət etdiyim Türk diplomatı, bir tanınan insan kimi simpatiya bəslədiyim şəxsiyyətdir. Onun savadı, hazırcavablığı və özünü bütün türk dünyasının xarici işlər naziri kimi aparması çox qürurvericidir. Mən belə bir şəxsiyyətlə fəxr edirəm! Fəxr edirəm ki, Türk dünyası belə bir diplomat yetişdirmişdir!

Mən onunla bəzi məsələlər barədə danişdim. Görüşümüşün mənə yaratdığı fürsətdən istifadə edib, həmişə ürəyimdə gəzdirdiyim, yaralı yerimiz olan bir suali ona verə bildim. Və verdiyim suala da ətraflı cavab aldım.

Mövlud Cavuşoğluya verdiyim sual damarında türk qanı axan hər bir insanı narahat edir: Dedim ki, sayın nazir, Siz bilirsiniz ki, son zəbt olunmuş türk torpağı olan Qarabağımızın başı üzərində qara buludlar daha da sıxlaşır. Bir ovuc erməni işğalçısı necə ola bilir ki, az qala hər tərəfdən türk mənşəli millətlərlə əhatə olunan Qarabağımızı zəbt edir və bizlərə göz dağı verərək azad etmir? Türkiyəmiz indi özünün ən ciddi inkişaf dönəmini yaşayir. Artıq öncəki Türkiyə deyilik. Türkiyə ilə Amerika, İngiltərə, Fransa kimi dövlətlər hesablaşmaq zorundadir. Rusiya ilə tarix boyu olmayan isti münasibətləri qurmağı bacarıb. İran da bu gün Türkiyənin qanadi altına sığınmaq məcburiyyətindədir. Azərbaycan da böyük inkişaf yolundadır və qüdrətli ordusu, güclü iqtisadiyyatı var, dünyanın reytinq cədvəllərində önə keçir. Çavuşoğluya dedim ki, bütün bunları nəzərə alıb, mən sizdən səmimi bir cavab gözləyirəm: Qarabağımızı erməni işgalçılarından azad etməkdə bizlərə kimlər mane olur?

Mövlud Çavuşoğlunun cavabı belə oldu: “Sizə çox təşəkkür edirəm bu vacib sualınız üçün. Öncə onu vurğulayım ki, Qarabağ siz Azərbaycan türkləri kimi, eynən bizlərin də ən yaralı yeri. Yəqin ki, bilməmiş olmazsınız, mən bütün dövlətlərarası görüşlərim zamani çıxışlarımda həmişə Qarabağ məsələsinin haqq və ədalət prinsipi əsasında tezliklə həll olunmasını qabartmışam. Həm də Sayın Azərbaycan Prezidenti İlham Əliyev cənabları da var qüvvəsi ilə bütün görüşlərində qeyd-şərtsiz olaraq işğalçıların doğma Qarabağdan tezliklə çıxmalarını tələb edir. Eynən də mənim dostum, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da bu fikri bütün beynəxalq görüşlərində səsləndirir. Biz, həmişə və hər yerdə dediyimiz kimi, “İki Dövlət Bir Millətik”! Artıq zaman bizlərin xeyrinə işləyir. İnanin ki, o tarixi şərait yetişibdir! Biz tezliklə Qarabağımızın və işgal olunmuş ətraf rayonlarımızın azadlığına nail olacağıq. Mən buna cox əminəm!”.

www.yenicag.az

2335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv