Macarıstanın baş naziri Kiyevdədir

Macarıstanın baş naziri Viktor Orban bu gün səhər saatlarında Kiyevə gedib. 

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat yayıb.

Onun sözlərinə görə, siyasətçi prezident Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukrayna paytaxtına gedib. Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarının müzakirəsi olacaq. Həmçinin mətbuat katibinin sözlərinə görə, Orban və Zelenski Macarıstan-Ukrayna ikitərəfli münasibətləri məsələlərini müzakirə edəcəklər./unikal

COP29