Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Madagiz ətrafındakı bütün yüksəkliklər düşməndən təmizlənib” – Səxavət Məmməd cəbhədən xəbər verir

“Səhər saatlarından etibarən, Azərbaycan Ordusunun artilleriya bölmələri düşmən mövqelərinə güclü zərbə endirir”.

Bunu döyüş bölgəsində oktyabrın 2-si saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, cəbhəboyu bütün üstünlük Azərbaycan ordusunun tərəfindədir:

“Gecə saat 02:00-03:00 radələrində erməni artilleriyası Ağdamın Quzanlı qəsəbəsi və bir sıra kəndlərini atəşə tutub. Dünən və bugünkü atəş nəticəsində mülki vətəndaşlar arasında itki olmayıb. Bundan əlavə, bu gün səhər saatlarında, təxminən 06:00-07:00 radələrində Azərbaycan Ordusunun artilleriya bölmələri düşmən mövqelərinə güclü zərbə endirib. Bunu hazırda olduğum ərazidən də açıq-aydın müşahidə etmək olur. Hazırda döyüşlər davam edir.

Madagiz ətrafındakı yüksəkliklərin hamısı bizdədir və artilleriyamız artıq düşmənin dərinliklərdə yerləşən mövqelərini vurur”.

Gülşən Şərif

www.yenicag.az

2214