MADO restoranlar şəbəkəsi ilə bağlı qərar verildi

Bu ilin 5 ayında Vergilər Nazirliyi tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin sayı bəlli olub.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, 2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib.

İşəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb. Bu müddət ərzində “Ştutqart” (ehtiyat hissələri mağazaları), “Halal Tekstil”, “Arm” (MADO restoranlar şəbəkəsi), “Altrade”, “Təmiz Qida”, “Salam Şirkətlər Qrupu” (Salam taksi) MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.

 

Yenicag.az

COP29