!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Madonnaya “Avroviziyanı boykot et” çağırışı

!Reklam – Yazi

Fələstin dəstəkçiləri amerikalı pop ulduz Madonnadan İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsini boykot etməsini istəyiblər.

Yenicag.az xəbər verir ki, London Fələstin Hərəkət Qrupunun üzvləri, sosial media hesabından paylaşdıqları bir kliplə Madonnaya çağırış ediblər.

Madonnanın “Papa Don’t Preach” adlı mahnısının sözlərinin dəyişdirilərək istifadə olunduğu bu klipdə “Madonna, sənə bir tövsiyə verək, Avroviziyaya getmə. Madonna, getmə, doğru qərarı ver. Apartheidi boykot etməlisən” kimi ifadələr səslənib.

Qeyd edək ki, İsrail mediasının xəbərinə əsasən, məşhur pop ulduz 40 xor üzvü, 25 rəqqasla yanaşı xoreoqrafiya, səhnə, işıq və şoudan ibarət olan 135 nəfərlik peşəkar qrupla Təl-Əvivə gedəcək.

Tahirə Nur

www.yenicag.az

1838
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv