Amerikanın Harvard Universiteti 1992-ci ildə Polşanın Mendzızdroye şəhərində “World Model United Nations”in ilk tədbirini təşkil etdiyi zaman “soyuq müharibə” yenicə başa çatmışdı.
28 il ötdükdən sonra bu tədbir martın 18-dən 22-dək ilk dəfə olaraq İspaniyanın paytaxtı Madriddə keçirilir. Tədbirdə dünyanın 130 ölkəsindən olan 2000-dən çox tələbə Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini nümayiş etdirmək məqsədi ilə iştirak edir.
Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, İspaniya kralı VI Felipenin iştirakçısı olduğu BMT tədbirinin gündəliyi genişdir: millətçi gərginlik; iqlim dəyişmələri qlobal təhlükə qismində; miqrasiya axını; iqtisadi bərabərsizlik.
BMT-nin İspaniya modelinin prezidenti Alba Qavayluqovun sözlərinə görə, gənclər dünyanın hər yerində ictimai problemlərə müdaxilə etməlidirlər. Çünki XXI əsrdə diplomatiyaya inanmaq, çoxtərəfliliyə inanmaq deməkdir. Bu, o halda səmərəli ola bilər ki, bu işə gənclər və onların tələbatları daxil edilsin. Gələcəyin diplomatı olacaq gənclər beş gün ərzində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında ortaya çıxan analoji məsələlərin həlli yollarını müzakirə edəcəklər.