Madriddə “sülh”

İspaniya La Liqasında 13-cü turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, turun mərkəzi oyununda “Atletiko” doğma azarkeşləri önündə “Barselona”nı qəbul edib.

Oyunda hesabı açan madridlilər olub. Qarşılaşmanın 77-ci dəqiqəsində Dieqo Kosta komandası hesabda önə keçirib.

Matçın 90-cı dəqiqəsində isə qonaqlar hesabda tarazlıq yaradıb. Osman Dembele oyunun yekun hesabını müəyyənləşdirən qolu vurub – 1:1.

Qeyd edək ki, bu nəticədən sonra “Barselona” 25 xalla liderliyini davam etdirir. Ondan bir xal geri qalan “Atletiko” isə ikinci pillədədir.