Madridin mərkəzində güclü partlayış – Ölənlər və yaralananlar var – VİDEO / YENİLƏNDİ 

İspaniyanın paytaxtı Madrid şəhərində baş verən güclü partlayış nəticəsində 11 nəfər yaralanıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb.

***

19:03

İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzində yerləşən binalardan birində güclü partlayış baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, insident yerli vaxtla təxminən saat 15:00-da qeydə alınıb. Partlayışın təsirindən binanın yuxarı mərtəbələri dağılıb.

İlkin məlumata əsasən, partlayış qocalar evinin yerləşdiyi binada olub. Partlayış nəticəsində azı 6 nəfər xəsarət alıb, 4 nəfər isə ölüb.

Qeyd edilir ki, partlayışa səbəb qaz sızması ola bilər.