!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maduro rəhbərliyində Venesuela - ABŞ imperializmi məğlubiyyətə doğru...

!Reklam – Yazi

Venesuela bir müddət əvvəl sıradan, həmçinin hər kəsin ciddiyə almadığı bir ölkə idi. Bu gün isə ən azı Əfqanıstan qədər ABŞ-a baş ağrısı olub. Təsəvvür edin, Ərəb ölkələrində güclü (Venesuelaya nisbətdə) və daha böyük qüvvəyə malik sistemləri çökdürən bir supergüc, bu gün açıqca acizliyini nümayiş etdirir.

Nədir acizliyi?

Baxın, ABŞ bu günə qədər xaraba etdiyi ölkələri diplomatiya və ictimaiyyətdən xəbərsiz şəkildə viran qoyub. Yalnız Əfqanıstanda buna terror görüntüsü verdi. Venesuela bu nöqtədə ikinci ölkə oldu. Prezident səviyyəsində ölkədə “sistem dəyişikliyi”ni planlaşdırdıqlarını etiraf edən ABŞ kimi bir güc, hələ də məqsədinə nail ola bilməyib. Hadisələrin bu gedişi isə ABŞ-ı məqsədindən daha uzağa götürür. Eynən Türkiyədəki kimi. Ancaq Türkiyədən tək fərqi ondadır ki, Türkiyəyə diplomatik dəstək verib “arxadan” bir “kostyumlu terror” vasitəsiylə planını həyata keçirirdisə, Venesuelada bunu açıq-aşkar edir.

Bu isə Türkiyənin güc sahibi ölkə olduğu üçün onu itirmək təhlükəsindən ehtiyyat etdiyindən irəli gəlirdi. Ancaq, ABŞ həm planını həyata keçirə bilmədi, həm də Türkiyəni itirdi. Əksini iddia edən varsa, buyursun, Ərdoğanın ABŞ-ın devirmək istədiyi Maduroya verdiyi dəstəyi izləsin.

Ən sarkastik cəhət bilirsiz nədir? Xalq artıq yavaş-yavaş ABŞ-ın bütün dünyaya diktator kimi tanıtdığı prezidenti ABŞ-a qarşı müdafiə edir.

Demək ki, Dünya üçün diktaturadan daha təhlükəli bir sistem var – ABŞ imperializmi. Çünki, diktator rejimlər yalnız ölkəni viran qoyduğu halda, ABŞ-ın imperialist siyasəti bütün dünyanın gələcəyini təhlükəyə atır.

Həşim Səhrablı

www.yenicag.az

4214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv