Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduroya qarşı sui-qəsddə Kolumbiya hökumətinin dayanmasıyla bağlı kifayət qədər sübut var.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bəyanatı Tvitter səhifəsində Venesuela rəhbəri yayıb.
O, indiyə qədər sui-qəsddə iştirak edən polis və hərbçilərin ələ keçirildiyini, hazırda isə bunu planlayanların ələ keçirilməsi üçün çalışdıqlarını bildirib:
“Kolumbiya hökumətinin bu sui-qəsddə iştirakı ilə bağlı sübutlar bir neçə saat içərisində ictimaiyyətə təqdim ediləcək”.