İtaliya futbolunun canlı əfsanəsi Andrea Pirlo karyerasını başa vurub.
Yenicag.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi son matçını “Nyu-York Siti”nin heyətində “Kolumbus”a qarşı keçirib. 90 dəqiqə meydanda olan “Maestro” vida matçında 2:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, 38 yaşlı Pirlo karyerası ərzində “Milan”, “İnter”, “Yuventus”, “Reccina”, “Breşiya” kimi klublarda çıxış edib.