Mafiya təşkilatına qarşı polis ƏMƏLİYYATI – 109 nəfər saxlanıldı

İtaliya polisi Kalabriyada “Ndrangheta” mafiya təşkilatına qarşı keçirdiyi xüsusi əməliyyat zamanı 109 şübhəlini saxlayıb.

Yenicag.az DW-yə istinadla xəbər verir ki, həbs edilənlərin əksəriyyəti İtaliyanın cənubundakı Kosenza şəhərindəndir.

Yerli polisin məlumatına görə, daha 20 nəfər barəsində ev dustaqlığı, 13 nəfər barəsində isə həbs-qətimkan tədbiri seçilib.

“Səhərin erkən saatlarında iqtisadi cinayətlərin açılmasında ixtisaslaşan polis və müstəntiqlər qrupunun Kalabriya bölgəsindəki Katanzaro kommunasına göndərildiyi bildirilir. Bildirilib ki, əməliyyat zamanı İtaliya gömrük və maliyyə polisi əməkdaşı da həbs edilib”, – deyə agentlik əlavə edib.

Qeyd edək ki, “Ndrangheta” İtaliyanın ən nüfuzlu müasir mafiya qruplarından biri hesab olunur. Qruplaşma silah qaçaqmalçılığı, insan alveri, narkotik vasitələrin satışı ilə məşğul olur və milyardlarla dollar dövriyyəyə malikdir. 2016-cı ildə onun üzvləri 2012-ci ildəki iki dağıdıcı zəlzələdən sonra tikinti biznesində və daşınmaz əmlak əməliyyatlarında fırıldaqçılıqla bağlı ittiham olunublar.

Rafi Müslümov