!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mağaza sahibi ilə birgə yandı - Fotolar

!Reklam – Yazi

Gəncədə mağazada güclü yanğın baş verib.

Yeniçağ.az-a daxil olan məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində axşam saatlarında baş verib. Burada yerləşən sahibkar Oqtay İsmayılova məxsus ümumi sahəsi 21 kvadratmetr olan ərzaq mağazasının içərisi və dam örtüyü tamamilə yanaraq yararsız hala düşüb. Yanğın güclü olduğundan, alov qısa zamanda ərzaq mağazasına bitişik meyvə-tərəvəz köşkünə də keçib. Həmin obyektin dam örtüyü 5 kv-metr sahədə zərər görüb. Hadisə yerinə FHN Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürüldükdən sonra obyektin içərisinə baxış keçirilən zaman, oradan mağazanın satıcısı 60 yaşlı Şahin Əliyevin yanmış cəsədi aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Hazırda hüquq mühafizə orqanları yanğının baş vermə səbəblərini araşdırır.

Yeniçağ.az

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv