Mağaza sahibi özünü bıçaqladı

bicaqnot-personality-466707356Bakı sakini intihara cəhd edib.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu , Mirəli Qaşqay küçəsi, ev 11 də qeydə alınıb.

Belə ki, 51 yaşlı Bayramov Əlövsət özünə çoxsaylı bıçaq xəsarətləri yetirib. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, Ə.Bayramov yaşadığı evin yaxınlığında ərzaq mağazasının sahibidir.

Onun özünə qəsd etməsinin səbəbləri araşdırılır.