Cənubi Koreyada mağazaların birində atışma olub.
Bu haqda məlumatı “Renhap” agentliyi yayıb.
Məlumata görə, hadisə Secon şəhərində yerli vaxtla səhər saat 8.00 radələrində qeydə alınıb.
Naməlum bir kişi əlində silah mağazaya daxil olaraq atəş açıb. Sonra isə mazağazanı yandırdıqdan sonra aradan çıxıb.
Polisin araşdırması nəticəsində məlum olub ki, qatil hadisədən az sonra özünü avtomobildə güllələyib.
Yaralanan 3 nəfər xəstəxanaya çatdırılsa da dünyalarını dəyişiblər.
Ehtimal edilir ki, qatil ölən 3 nəfərdən birinin qızının sevgilisi olub.