Mağazadan 10 ədəd telefon oğurladı

Nizami RPİ-nin 25-ci Polis Bölməsinə Q.Qarayev prospektindəki mağazaların birindən 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və oğurluğun mağazanın qapısını gərib açmaq yolu ilə törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

COP29