Mağazadan 11 min manatdan çox pul oğurlandı

Bakıda mağazadan 11 641 manat pul oğurlanıb.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki mağazaların birində qeydə alınıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Eldar Sultanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.