Mağazadan oğurluq edən şəxsin görüntüləri yayıldı – VİDEO

İmişlidə oğurluq faktının üstü açılıb.

ARB TV xəbər verir ki, İmişli RPŞ-nə rayon sakini Emin Nuriyə məxsus mağazadan 1000 manat dəyərində ərzaq və tütün məmulatlarının oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.