Mağazadan oğurluq edən yeniyetmə tutuldu – Bakıda

Bakıda mağazadan oğurluq edən yeniyetmə tutulub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 25-də rayon ərazisindəki mağazaların birindən 678 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.