Mağazadan oğurluq edildi

OgurluqBakıda mağazadan xeyli miqdarda pul oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da gecə saatlarında Zabrat qəsəbəsində yerləşən mağazadan açar seçmə yolu ilə 9328 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri – 1991-ci il təvəllüdlü Eltun Məmişov və Azər Qurbanov tutulublar.