Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasından şüşə sındırılmaqla 1 ədəd noutbuk və 2 ədəd mobil telefonun oğurlandığını bildirmişdir.
Yenicag.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fəxri Heybətov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.