Mağazadan pul oğurlandı

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.

Yenicag.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları hadisə yerində olub, müvafiq araşdırmalar aparıblar.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanılıb.

Araşdırma aparılır.