!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mağazalar siqaret satışından imtina etdi - Səbəbi ekspert açıqlayır

!Reklam – Yazi

“Sahibkarlıq fəaliyyəti olaraq, hər bir mağazanın VÖEN-i olmalıdır. Bu, iki formada həm fiziki, həm də hüquqi şəxs olaraq həyata keçirilir. Belə olan halda mağazaların bir qisminin siqaret və spirtli içki satmaqdan imtina etməsi onların niyyətindən asılıdır”.

Bu sözləri Yeniçağ.az-a iqtisadçı-ekspert Samir Əliyev bir sıra mağazalarda siqaret satışının dayandırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mağaza sahibləri məcbur edilə bilməz ki, onlar bu məhsulların satışını etsin:

Samir Əliyev ile ilgili görsel sonucu“Sadəcə, son dövrlər nağdsız ödənişlərlə bağlı yaranmış məhdudiyyətlər bir çox mağazaları məcbur etdi ki, siqaret satışından imtina etsinlər. Digər bir yandan mağazaların nağdsız ödənişləri həyata keçirtmək üçün post-terminalları olmalıdır. Post-terminallar iri marketlərdə və çox az sayda digər mağazalarda var. Bunun üçün ilk növbədə dükan sahibi post-terminalı pulla alır, eyni zamanda dövriyyədən 0,5-1 faiz arası pul verməlidir. Tutaq ki, 100 manatlıq nə isə satırsa, bunun 4 faizini vergiyə verir, 1 faizini də post-terminaldan istifadəyə görə ödəniş edir. Ona görə də sahibkarın “yükü” artır və o, post-terminaldan istifadə etməkdə maraqlı olmur. Eyni zamanda sahibkar nağdsız ödəniş tələb edən hansısa məhsulun satışından boyun qaçırır. Nağdsız ödənişlərin aparılması dövriyyənin rəsmiləşdirilməsi deməkdir”.

S.Əliyev əlavə edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq, aksiz markası olmayan siqaretlərin satışının aparılması qanuna ziddir. Onun fikrincə, bu cür siqaretlər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir və bunu satan şəxslər cinayət məsuliyyəti daşıyır.

 

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv